18 Sentyabr 2017 15:59
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"nun direktoru Cavid Nemətzadə 11 nəfər işçisi ilə birlikdə radionu tərk edib.

Bunu Teleqraf.com-a açıqlamasında Cavid Nemətzadə deyib.

Onun sözlərinə görə, komandasının sayı çox olub:

“Biz daha çox texniki komanda ilə birlikdə işləyirdik. Rəhbərlik menecment idarəetməni "Beat Group"a təhvil vermək barədə əmr imzaladı. Onlara uğurlar arzulayıram”.

Cavid Nemətzadə qeyd edib ki, texniki komanda onunla birlikdə işdən çıxıb: “Həmin on bir nəfərlə prodakşn olaraq fəaliyyət göstərəcəyik”.

Qeyd edək ki, Cavid Nemətzadə ötən ilin sentyabrında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"ya direktor təyin edilmişdi.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər