Türkiyənin Kütahya şəhərində polis böyük əməliyyat keçirib.
Teleqraf.com “Hürriyət” qəzetinə istinadla xəbər verir ki, əməliyyatı zamanı 18 nəfər saxlanılıb.
7 ayrı evə eyni vaxtda basqın edən polis 2-si azərbaycanlı olmaqla 13 fahişə qadını saxlayıb. Qadınların 50-150 lirə (24-72 AZN) qarşılığında kişilərə xidmət təklif etdiyi məlum olub.
Bu qadınları fahişəliyə cəlb edən 5 kişi həbs olunub.