Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar təşkil edib.
BƏƏ-nin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, AZAL, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövləti tarixi" olub.
Qeyd edək ki, seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.