17:17
Xaçmaz rayonundakı məktəblərin birində xoşagəlməz hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Arzu kənd məktəbinin 62 yaşlı direktoru Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini otağına çağırıb. Qızın dodağından öpüb. Bu zaman otağa daxil olan işçilərdən biri direktorun hərəkətinə şahid olub.
Xaçmaz rayon təhsil şöbəsindən Teleqraf.com-a verilən açıqlamada bildirilib ki, artıq məsələ barədə məlumatlıdırlar: “Şagirdin valideyni polisə şikayət edib. Hazırda polis araşdırma aparıır. Təhsil şöbəsinin əməkdaşları da məktəbə gəlib. Araşdırma yekunlaşdıqdan sonra məlumat veriləcək”.
Təhsil şöbəsindən qeyd edilib ki, yalnız araşdırma başa çatandan sonra direktorla bağlı qərar verilə bilər:
“Deyilən iddialar təsdiq olunsa, direktorun işinə Təhsil Nazirliyində baxılacaq”.
***
Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.
Bu barədə Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib. O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.
Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.
Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb./APA /