“Facebook” sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında yer alır. Belə ki, il ərzində aktiv “Facebook” istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım qeydə alınıb. Hazırda dünya üzrə 2,07 milyarda yaxın insan bu sosial şəbəkədən istifadə edir. Aktiv istifadəçilərin sayı da 16 faiz artaraq 1,37 milyarda çatıb.
Məlumata görə, cari ilin üçüncü rübündə sosial şəbəkənin mədaxili 10,3 milyard dollar təşkil edib. Bu, gəlirin 7 milyarda bərabər olduğu ötən ilin göstəricisini təxminən 1,5 dəfə üstələyib.
Əvvəllər olduğu kimi, ən çox qazancı rüblük ümumi gəlirin 98 faizini (10,1 milyard dollar) təşkil edən reklam gətirib.