7 Noyabr 2017 12:15
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana idxal olunan kərə yağlarının rüsum dərəcəsinin azaldılması qiymətlərə də təsir göstərəcək.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, qanun 30 gündən sonra qüvvəyə minəcək:

“Azərbaycanda yağın qiymətinin bahalaşmasından sonra mətbuatda, sosial şəbəkələrdə təkliflər verdik ki, yağın qiymətinə təsir edəcək mexanizmlər - gömrük və vergi dərəcələrinin azaldılmasını dövlət və hökümət qurumları işə sala bilər.

Bu gün ilkin olaraq gömrük rüsumu azaldılıb. Bu rüsum yağın dəyərinin 15 faiz civarında idi. Bu gün isə azaldılaraq 5 faiz olub. Yəni, gömrük qiyməti 3 dəfə aşağı salınıb. İndiki reallıqda bu, qiymətlərə 1 manat 50 qəpik civarında təsir göstərə bilər”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər