8 Noyabr 2017 18:45
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının premyerası olacaq.

Teleqraf.com xəbər verir ki, tamaşada Mirzə Ələkbər Sabirin “Bəhri–təvil”indən, Səməd Mənsurun “Rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə olunub.

Tamaşa noyabr ayının 13-ü saat 15:00-da və 19:00-da Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.

Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov, əməkdar artist Azad Məmmədov ifa edirlər.


Müəllif: Sara

Oxşar xəbərlər