16 Noyabr 2017 14:06
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP-ın Biləsuvar rayon təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin elektron poçt ünvanı, telefonları, nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər