17 Noyabr 2017 12:25
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:12

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan Baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.

Teleqraf.com xəbər verir ki, baş nazirin müavini Alişer Sultanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

O bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısı ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və deyir: “İlham Əliyev xalqının böyük oğludur”.

Alişer Sultanov qeyd edib ki, Özbəkistan Prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. O bildirib ki, Özbəkistan Prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan Alişer

Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan Prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər