Azərbaycanın Avropa Birliyi ilə münasibətləri yüksək səviyyədə olanda və hansısa mühüm hadisələr öncəsi həmişə olduğu kimi, bir qrup beynəlxalq təşkilatlar bu əməkdaşlığa zərbə vurmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib. Deputat xatırladıb ki, bu QHT-lər bəlli mərkəzlər tərəfindən istiqamətləndirilir:
“Şübhəsiz ki, bu qruplar Azərbaycan-Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsinə qarşı olanlardır. Bu QHT-lərin arasında PİN adlı QHT var və bu təşkilat 1990-cı illərdə Qarabağ müharibəsi zamanı azərbaycanlıların daxili orqanlarını satan təşkilat idi. Bu təşkilatlar içərisində Sorosun maliyyələşdirdiyi qurumlar var. Avstriya, Macarıstan Soros Fonduna qarşı çıxanda heç bir qurum səsini çıxarmadı. Ancaq biz Soros Fondunun fəaliyyətini məhdudlaşdıranda Azərbaycana iradlar bildirildi. Bütün bunlara baxmayaraq, Azərbaycan-Avropa Birliyi münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”.