20 Noyabr 2017 08:17
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücü әks yola çıxaraq nəqliyyatın axnına doğru hərəkət edir.

Teleqraf.com bildirir ki, görüntülər gecə saatlarında paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə Sarayeva küçəsinin kəsişməsində lentə alınıb.

Kadrlardan aydın olur ki, minik avtomobilinin sürücüsü Sarayevo küçəsinə əks tərəfdən qalxaraq kobud qayda pozuntusuna yol verir. Qarşıdan gələn nəqliyyatın hərəkətini bir qədər gözlədikdən sonra, hələ bu azmış kimi, o, yol kəsişməsində işıqforun altında sol zolaqda avtomobilini park edir. Halbuki, hərəkətin axnına qarşı sol zolaqda avtomobil saxlamaq qanunla qadağandır.

Bundan başqa dayanma və durma qaydasını pozan sürücü digər nəqliyyat üçün də böyük təhlükəyə səbəb olur. Qeyd edək ki, sözügedən küçədə bir gediş və bir gəliş zolağı var. Həmin sürücü də avtomobili Məhəmməd Hadi küçəsinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yolunda saxladığından, digər sürücülər məcbur olub cəmi bir zolaqdan isifadə edirlər. Bu da bir başqa təhlükədən xəbər verir. Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da sürücünün bu hərəkətinin kobud qayda pozuntusu olduğunu deyir.

Görüntülərdən belə aydın olur ki, işıqforun qırmızı işığında dayanmış başqa bir avtomobilin sürücüsü yaşıl işıq yandıqda hərəkətinə davam etmək istəyir. Amma qayda pozan sürücünün üzündən o, hərəkətə davam edə bilmir. Bir qədər gözlədikdən sonra məcbur qalıb əks yola çıxaraq gedir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis idarəsindən bildirdilər ki, ərzidəki təhlükəsiz şəhər kameralarına baxış keçiriləcək. Avtomobilin dövlət nömrə nişanı aşkar edildiksən sonra sürücü saxlanılaraq inzibati qaydada cərimə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər