Azərbaycan ordusu cəbhəboyu zonada yerləşən müxtəlif poliqonlarda döyüş atışı icra edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, atışlar komanda-qərargah hərb oyunları çərçivəsində yerinə yetirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsindəı komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.