Rusiyanın NTV kanalında yayımlanan "Поедем, поедим!" (Gedək, yeyək) verilişinin Bakı buraxılışı nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, Con Uorrenin təqdimatında yayımlanan verilişin məqsədi müxtəlif ölkələri gəzib onların mədəniyyəti ilə tanış olmaqdır.
Aparıcı Bakıda bir çox tarixi yerləri ziyarət edib. Qobustan qayaüstü rəsimlərini, palçıq vulkanlarını, muğamımızı, xalçalarımızı və.s izləyicilərin diqqətinə çatdırıb.