5 Dekabr 2017 14:22
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

Qeyd edək ki, bundan öncə - yəni 2017-ci il türk dünyasının mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhərim olub. TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı da hazırda burada öz işinə başlayıb.

Xatırladaq ki, 2016-cı il türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın tarixi şəhəri Şəki olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər