15 Dekabr 2017 12:06
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Avtomobil yolları haqqında", "Torpaqların münbitliyi haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Lotereyalar haqqında", "İcra haqqında", "Televiziya və radio yayımı haqqında", "Məşğulluq haqqında", "Taxıl haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Heyvanlar aləmi haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" qanunlarda dəyişikliklərlə bağlı layihələrə baxılacaq.

Bundan başqa, deputatlar "İstehsalat və məişət tullantıları haqqında", "Yol hərəkəti haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Toxumçuluq haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanunlarda, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişikliklər olunması barədə layihələri müzakirə edəcəklər.

Həmçinin "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihələrini, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.

Bundan başqa, Seçki, Mülki, Əmək, Vergi, İnzibati Xətalar və Torpaq məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər