18 Dekabr 2017 16:41
402

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Pirotexniki vasitələrlə bağlı şöbəyə daha bir məlumat daxil olub və Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət