Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Binəli Yıldırımı Naxçıvan beynəlxalq hava limanında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, Baş konsul Nihat Erşən qarşılayıb.
Yıldırımı qızı Büşra Bahar Köylübay, müavini Bəkir Bozdağ, Ailə və Sosial Siyasətlər üzrə nazir Fatma Betül Sayan Kaya, Diyanət İşləri başqanı Əli Ərbaş və Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti Ravza Kavakcı müşayiət edib.
Baş nazir Naxçıvana səfəri çərçivəsində Heydər Əliyevin abidəsinə çələng qoyub. Daha sonra Ali Məclisin binasına gedərək Vasif Talıbovla ikitərəfli müzakirələr aparıb. Bu gün baş nazirin şərəfinə şam yeməyi veriləcək.
Yıldırımın Naxçıvana səfəri 9 illik fasilədən sonra baş nazir səviyyəsində ilk səfərdir.