Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisi 10-15 dəqiqə kəsilib.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, problem həll edildikdən sonra bilet satışı davam etdirilib:
“Vağzal ərazisindəki yarımstansiyada köhnə transformator var. Həmin transformatora pişik daxil olub və qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində həm Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb, həm də pişik ölüb”.
Qeyd edək ki, ötən gün Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisi kəsilib, qısa müddətdə bilet satışı dayandırılıb.