9 Yanvar 2018 17:18
5 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinin (BNA) Sürücü Təlim Mərkəzi MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsi elan edib.

BNA-dan Teleqraf.com-a verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün Sürücü Təlim Mərkəzində avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək.

Təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq.

Qeyd edək ki, hazırda paytaxtın marşrut şəbəkəsində çalışan sürücülərin peşəkarlıq səviyyəsi, davranışı və iş rejimi ilə bağlı vəziyyət qənaətbəxş səviyyədə deyil. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi MMC-nin yaradılmasında da əsas məqsəd bu sahədə mövcud problemlərin həllinə nail olmaqdır.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər