19 Yanvar 2018 12:17
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşımızda duran əsas problemlərdən biri də işlənməmiş dərinin ixracı idi. Qara bazarın mövcud olması ilə bu dəyərli məhsul çox aşağı qiymətə xaricə aparılırdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Komitə sədri bildirib ki, bahalı qoz ağaclarını da müəyyən iş adamları 300 manatdan alıb xaricə idxal edirdilər. Bu çox təhlükəli hal idi.

“Bundan başqa, əlvan metalların qırıntılarını sexlərdə yığıb xaricə aparırdılar. Əvvəllər məhsullar xammal şəklində aparırdılarsa, bu gün müəyyən qədər emal edərək aparırlar".

DGK sədrinin sözlərinə görə, rusümları artırmaqla xəz dərinin idxalının azalması və büdcənin zənginləşməsini müşahidə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər