25 Yanvar 2018 12:14
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən ildə baş verən hadisələrə bağlı açıqladığı məlumatda yer alıb.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub.

Ötən il ərzində respublika ərazisində 84 partlayış hadisəsi baş verib. Bu, 2016-cı il ilə müqayisədə 16 hadisə və ya 24 faiz çoxdur. Partlayışlar zamanı 17 nəfər həlak olub, 87 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub.

2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib. Yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 225 nəfər xəsarət alıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 6 faiz az, xəsarət alanlar üzrə 79 nəfər və ya 54 faiz çoxdur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər