Sevil-Sevinc Səfərova bacıları daha “Xəzər” TV-də aparıcı kimi fəaliyyət göstərməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə aparıcı bacılar özləri məlumat verib. Onların sözlərinə görə, sabah “Hər şey daxil” verilişində sonuncu dəfə efirə çıxacaqlar: “4 il sonra, yəni sabah saat 10:00-da canlı efirlə vidalaşırıq”.
Məlumat üçün bildirək ki, “Xəzər” TV-də həftə içi hər gün yayımlanan “Hər şey daxil” verilişində bu yaxınlarda tanınmış prodüser Tarix Əliyev (Tolik) də aparıcı kimi çıxış etməyə başlayıb.