Bəzən elə qələmə verilir ki, kurrikulum ləğv olunur. Ancaq bu, belə deyil.
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
E.Əmrullayevin sözlərinə görə, kurrikulum üzrə dövlət standartları 5 ildən bir qəbul olunur.
Şöbə müdiri qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni hazırlanan kurrikulum layihəsi artıq ictimai müzakirəyə təqdim olunub: "Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcəyik. Bu layihə hazırkı kurrikulum sənədindən əsaslı şəkildə fərqlənmir. Yeni layihədə də fənlərin, fənn saatlarının sayı dəyişilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompetensiyalar dəyişib"./Trend/