15:32
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.
O, Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib./Report/
***
Səhiyyə Nazirliyindən Teleqraf.com-a bildirillib ki, İsmayıl Mirzəliyevin yerinə təyinat yoxdur: “Baş həkim vəzifəsi müvəqqəti olaraq Hüseyn Şaxmalııyeva tapşırılıb”.