"İdeal" parfumeriya və kosmetika mağazalar şəbəkəsinin 23 fevral - işğalçı Qızıl Ordunun yaradılması günü münasibətilə endirim kampaniyası elan etməsi ictimaiyyətin ciddi narahatlığına səbəb olub.
Mağaza 23 fevral tarixi üçün nəzərdə tutulmuş kampaniya çərçivəsində məhsullarını 50 faiz endirimlə satır.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, əgər cəmiyyət olaraq 23 fevralı bayram kimi tanımaqdan imtina etsək, bu günə qarşı ciddi kampaniyalar aparılsa, şirkətlər də səhvə yol verməzlər: "İlk növbədə özümüz 23 fevralı bayram kimi görməkdən imtina etməliyik .Məsələ ondadır ki 23 fevralın hansı tarix olduğunu geniş ictimaiyyətə kütləvi formada çatdırmalıyıq ki, onun mahiyyətini hamı bilsin. Belə odluqda tədricən 23 fevrala bayram kimi baxılması ortadan qalxacaq. Heç kim hədiyyə almaq haqqında düşünməyəcək. Nəticədə şirkətlər də bunu mal satmaq fürsətinə çevirə bilməyəcəklər. Ona görə də sizn bu təşəbbüsünüz alqışlanmalıdır".
Millət vəkili təklif etdi ki, bütün media və internet resursları 23 fevrala bir neçə gün qalmış bu günün mahiyyəti haqqında yazılar yazsın, sorğu keçirsinlər: "Həmin tarixdə yaradılmış ordunun Azərbaycanı işğal etdiyini, nəhayət 20 Yanvar faciəsini törətdiyini önə çəkmək lazımdır. Bir də sosial şəbəkələr hazırda gənclik üzərində daha təsirli olduğu üçün orada tarixi təfəkkürə sahib gənc vətənpərvərlər qurupları yaradılısın və həm də bu vasitə ilə maarifləndirmə aparılsın. Beləliklə də bir neçə ildən sonra bu tarix artıq bayram mahiyyətini itirər".