Dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 18-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edirik.
Qeydiyyatdan keçmiş 1537 namizəddən 1363 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 453 nəfər imtahandan uğurla keçib.
Bu cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilib. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.
Bal intervalı |
Qeydiyyatdan |
Test imtahanından |
Faizlə (%) |
0-100 |
10 |
0 |
0.0 |
101-200 |
63 |
6 |
9.5 |
201-300 |
265 |
49 |
18.5 |
301-400 |
407 |
121 |
29.7 |
401-500 |
325 |
128 |
39.4 |
501-600 |
228 |
111 |
48.7 |
601-700 |
65 |
38 |
58.5 |
Yekun: |
1363 |
453 |
33.2 |
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 174 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmayıb. Onlardan yalnız 13 nəfər imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.