5 Mart 2018 13:30
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, aparılan işlər bir daha sübut edir ki, istiqamət doğru seçilib: “Vacib məqamlardan biri məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi, bunun üçün icma əsaslı qrupların yaradılmasıdır. 2015-ci ilin yanvarın 1-dən diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin əməkhaqlarının artırılmasına başlanılıb.

Təhsilin inkişafı ölkə Prezidenti İlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib. Təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub”.

Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib: “Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna nümunədir".

Ceyhun Bayramov qeyd edib ki, Təhsil Nazirliyi sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq dərsliklərin hazırlanması prosesi istiqamətində işlər aparılır: “Beynəlxalq tədqiqatın nəticələri, orada ölçülən göstəricilərilkin konsepsiya hazırlanan zaman məzmun baxımından nəzər alınıb.

Hesab edirik ki, beynəxalq təqdiqaqatların meyarları yeni dərslik konsepsiyasında nəzərdə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik. Yeni ehtiyat dərslik modelində bir sıra yeniliklərin də olacağını vurğulayıb. Hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün metodik vəsait də hazırlanır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər