7 Mart 2018 13:08
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İcraiyyə Komitəsinin XXV konfransından sonra qurumun baş katibi Elxan Məmmədov mətbuat konfransı keçirib. Baş katib jurnalistləri maraqlanıdran sualları cavablandırıb:

- İcraiyyə Komitəsinin iclasında nələr müzakirə edildi?

- İcariyyə Komitəsinin gündəliyində 7 məsələ var idi. Futzalla bağlı hesabat xarakterli məlumat verildi. Avropa çempionatında komandamız çıxış etmişdi. Onunla bağlı məlumat dinlənildi və növbəti illərdə hazırlıqla bağlı müzakirələr aparıldı. Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi təyin edildi. O, yeganə futbolçudur ki, bir mövsümdə həm çimərlikdə, həm futzalda, həm də milllidə qol vurub. Sonra isə danışlmış oyunlarla bağlı müzakirə aparıldı. UEFA-dan yeni sənədlər gəlib. Məxfi olduğu üçün paylaşmağa icazə verilmir.

Növbəti məsələ isə təqaüdlərin təyin olunması idi. İki nəfərə xüsusi, 4 nəfərə adi təqaüd təyin olundu.

Media komitəsi ilə bağlı məumatlar verildi. Artıq iki ildir, media komitəsi fəaliyyət göstərir. İcraiyyə komitəsi bütün detalları diqqətlə nəzərdən keçirdi və media komitəsinin yeni formata keçməsi tövsiyəsini verdi. İlk ildə fəaliyyətimiz çox uğurlu olub, ancaq ikinci ildə problemlər yaranıb. Çox güman ki, aprel ayında yenidən jurnalistlərlərlə görüşüb yeni formatımızı düşünəcəyik.

- Rövnəq müəllim niyə konfransda iştirak etmir?

-O, iş qrafikinin sıxlığı ilə bağlı konfransda iştirak etmir.

- Azarkeş sayının azalması nə ilə bağlıdır? İcariyyə Komitəsi buna diqqət etdimi?

- Klubların sayı azaldıqca azarkeşlərin sayı da azalmalıdır. Məsələn, “Sumqayıt”ın stadioununun tribunaları böyük deyil. Ancaq son oyunlar göstərir ki, oraya əlavə iki-üç min insan gəlir. Komandanın vəziyyəti yaxşı olan kimi azarkeş sayı da artır. Nəticə yaxşı olanda artım da qeydə alınır. Klublar azarkeşləri cəlb etmək üçün kampaniyalar keçirməlidir.

- Klublar Komitəsinin təsir qüvvəsi azdır. Müzakirə olunan qərarlar çox zaman qüvvəyə minmir, iclaslar az keçirilir. Qurum gücdən düşür. Bununla bağlı nə etmək lazımdır? Futbola aid təbliğati verilişlər də azalıb və sıfır səviyyəsinə enib.

- AFFA gözəl təşəbbüs göstərib Klublar Komitəsini yaratdı. Artıq burada klubların gücü nəzərə alınmalıdır. Biz gündəliyi yazanda bütün futbol ailəsinin mürciətlərinə baxırıq. Araşdırıb sonra müzakirəyə veririk. Klublar Komitəsi istənilən məsələni qaldırsa, biz müzakirəyə buraxacağıq.

İkinci suala gəldikdə, məsələ ondadır ki, hazırda iki idman kanalı fəaliyyət göstərir. Bunların verilişlərinin 50 faizi futbola həsr olunur. Kanal rəhbərləri ilə söhbətlərimiz olub. Başqa kanallar bazardan asılı olaraq idman verilişləri verir. Artıq 1-ci divizionun, futzalın oyunlarını ekranda görürük. Bu da sevindirici haldır.

- “Sumqayt”ın rəhbərliyində dəyişiklik ideyası Kamran Quliyevin getməsindən irəli gəlirdi? Prezident kim olacaq?

- Bu birbaşa Kamran Quliyevin qərarıdır. Ona təklif gəldi və o da təklifi qəbul etdi. “Sumqayıt”ın xəbəri var idi bu hadisədən. Məncə, bu məsələ etik qaydalar çərçivəsində həll olundu. Namziədlər var və bu, sirr deyil. Onlardan biri Riyad Rəfiyevdir. O, bizə bildirdi ki, klubdan müraciət gəlib. Digər biri AFFA-da əvvəl işləyən əməkdaşımızdır. Biri isə hazırda da AFFA-da işləyir. 3 namizəd var. Seçim gedir. Biz yalnız soruşulan zaman kimlərisə tövsiyə edə bilirik. Bir kanalın əməkdaşı kluba mətbuat katibi gedirsə, demirlər ki, filan kanal əməkdaşını göndərdi. Ancaq AFFA-da işləyən biri hansısa quruma gedirsə, o saat yazılır ki, AFFA öz əməkdaşını göndərdi. Bu absurddur.

- Növbəti ildən Premyer Liqada komandaların sayının artması müzakirə olunurmu?

- Biz ali liqaya gələn komandadan əmin olmalıyıq ki, həmin klub təmizdir. Mövsümün sonuna qədər gözləməliyik. Klublar lisenziya almalıdır ki növbəti mövsümdə iştirak etsinlər. 10 ideal komandamız olsa, çox yaxşı olar. Hazırda minimum xəttdəyik. Bu məsələ həmişə müzakirə olunur.

- Q.Qurbanovdan Millətlər Liqası barədə soruşulurmu? Çünki hər kəsin diqqəti bu turnirdədir?

- Əvvəlki komitə iclasında ehtimal olunan rəqibləri bilirdik. Bununla bağlı baş məşqçimizn fikrini öyrənmişik. Ondan nəsə tələb etmək və söz almaq düzgün deyil. Yoldaşlıq oyunlarından sonra bu mövzuya qayıdacağıq.

- I diviziondakı komandaların ali liqaya gəlmək şansı varmı?

- “Sabah” “Vətən” komandasının nəzdində fəaliyyət göstərir. “Xəzər”lə bağlı bu yaxınlarda rəhbərliklə görüşdüm. Bu klublar diqqətimizdədir. Premyer Liqaya tez gəlsələr, futbolumuz xeyir görməyəcək. UEFA-nın qərarları elə-belə qəbul edilmir. Klub ali liqada iştirak etmək üçün ən azı 3 il fəaliyyət göstərməlidir. Bizə komanda yox, klub lazımdır. I aivizionda da əksəriyyət klub şəklində deyil, komanda kimi fəaliyyət göstərir.

- Qurban Qurbanovun əmək haqqı Prosineçkinin əmək haqqından azdır?

- Müqaviləyə əsasən, məxfiliyi qorumalıyıq. Buna görə də bunu açıqlaya bilməyəcəyik.


Müəllif: Zümrüd, Foto: Elnur Muxtar, Xəzər

Oxşar xəbərlər