9 Mart 2018 00:19
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martin 9-11 Bakıda Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə beş ölkənin parlamentlərinin futbol komandalarının iştirakı ilə beynəlxalq futbol turniri keciriləcək.

Teleqraf.com xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclis rəhbərliyinin dəstəyi ilə kecirilir.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Türkiyədən olan nümayəndə heyətinə Türkiyə milli müdafiə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Elagiz bölgəsindən olan millət vəkili Şuay Alpay rəhbərlik edir.

"Şuay bəyi Qətərdə kecirilən bir beynəlxalq tədbirdən tanıyıram. Onun babası azərbaycanlıdır, əslən Gəncəbasar bölgəsndən, indi Mingəçevir su anbarının altında qalan Samux rayonundandır.

Babası qacaq Məmmədqasım Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə barışmamış, başına qacaq dəstəsi yığaraq bolşeviklərə qarşı uzun müddət vuruşmuşdur. Ötən əsrin 30-cu illərində repressiya gücləndiyindən Qaçaq Məmmədqasım Türkiyəyə kecməyə məcbur olmuş və orada ailə qurmuşdur. Şuay bəylə beynəlxalq tədbirlərdə görüşlərdə o ailələrində artıq bir əsrə yaxındır ki, bu tarixçənin qürurla danışıldığını bildirir", - deyə A.Mirzəzadə qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Şuay Alpay Azərbaycana olan məhəbbətini daim bildirir və babasının vətəninə həmişə sevinclə təşrif buyurur: "Çünki, babası samuxlu Məmmədqasım yüz il əvvəl tək öz ailəsinin deyil, müstəqil Azərbaycanı, onun bayrağını və onun parlamentinin şərəfini də öz qanı ilə qorumuşdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər