12 Mart 2018 19:13
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diasporu geniş, hərtərəfli, əhatəli və uzun illər ərzində xeyli formalaşmış, təşkilatlanmış bir diaspordur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, diasporun bütün istiqamətlərdə – istər xaricdə aidiyyəti tədbirlərin keçirilməsində, istərsə də azərbaycançılığın və Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında fəaliyyəti müsbət qiymətləndirilir: “Bildiyiniz kimi, xaricdə 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilir. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində diasporumuzun fəaliyyəti özünü hərtərəfli şəkildə göstərə bildi və soyqırımın tanıdılması ilə əlaqədar olaraq hörmətli Leyla xanım Əliyevanın başladığı hərəkata çox böyük tövhə verə bildilər”.

Forum prezidenti bildirib ki, bu gün Azərbaycan diasporu çoxistiqamətli fəaliyyət göstərir: “Bir yandan torpaqlarımızın işğalı və erməni vandalizminin xaricdə tanıdılmasıdırsa, digər yandan dövlətçiliyimizin və azərbaycançılıq ideologiyasının təbliğ olunmasıdır. Bütün bu istiqamətlərdə müsbət və məqsədyönlü iş aparılır”.

Rauf Zeyninin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında diaspor, səfirlik, qürbətdə yaşayan soydaşlarımızın vəhdətdə fəaliyyəti sayəsində müvafiq ölkələrin müəyyən ictimai-siyasi dairələrinə təsir göstərilməsi vacibliyini qeyd edib: “Diaspor həm də çox fəal olmalıdır. Məsələn, yaşadıqları ölkənin ictimayyəti ilə, beynəlxalq təşkiltlarla sıx əməkdaşlıq etməlidirlər. İctima-siyasi dairələrlə işləməklə yanaşı müvafiq ölkənin mediası ilə əlaqə qurmalıdırlar”.

Rauf Zeyni bildirib ki, harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətənin, dövlətin təəssübünü çəkməlidir: “Əsl azərbaycanlı adını qoruyanlar məhz belələridir. İnsana öz milli varlığından və vətənindən qiymətli nə ola bilər ki?.. Təəssüf ki, bəziləri bunları anlamır”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər