13 Mart 12:05

Ekoloji məsələlər ATƏT-in prioritetləri arasında ilk yeri tutur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu“ mövzusunda tədbirdə çıxış edən ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Sereteli deyib. İpək Yolu layihəsini dəstəkləyən Sereteli miqrasiya və iqtisadi əməkdaşlığın vacibliyini qeyd edib.

O bildirib ki, dondurulmuş münaqişələrin həllinə nail olunmaması bu məsələdə ən ciddi maneələrdən biridir.

"İpək Yolu böyük ticarət dəhlizidir, bu maşrut üzərində vacib şəhərlər yerləşir, müxtəlif mədəniyyət daşıyıcısı olan insanlar yaşayır. Bu insanlar mədəniyyətlərini paylaşmaqla əlaqələri genişləndirə və ümumi inkişafa nail ola bilərlər".

Sereteli qeyd edib ki, İpək Yolunda hər bir ölkənin milli maraqları var, ən başlıcası isə təhlükəsizlik və iqtisadi inkişafdır.

"ATƏT PA öz üzvləri arasında ticarət əlaqələri genişləndirməlidir. Bu əlaqələrin genişlənməsi üçünsə korrupsiya aradan qalxmalıdır. Yeni yollar yaradılmalıdır və bu baxımdan Bakı-Tiflis-Qars bunun ən yaxşı nümunəsidir. Biznesin, iqtisadiyyatın inkişafı üçün xalqlar arasında körpülər qurmalıyıq", - ATƏT PA sədri qeyd edib.


Müəllif: Teleqraf.com
Загрузка...