09:29
Bu gün 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirilir.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.
Qeyd edək ki, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır.
***
Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib. Hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.
DİM-dən verilən məlumata görə, martın 19-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri yaxın 2 gün ərzində elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.
9-cu sinif şagirdlərinin yazı işləri isə (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.