Şamaxı şəhərinin bir məhəlləsində torpaq sürüşməsi prosesi 1 ilə yaxındır gedir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları həmin əraziyə baş çəkib: “Orada oturma-çökmə prosesi gedib. Hazırda nisbi aktivlik müşahidə edilir. Müraciət əsasında əraziyə baxış keçirilib, sakinlərə geoloji cəhətdən lazımı arayış verilib. Hadisə barədə şəhər icra hakimiyyəti və digər yerli strukturların məlumatı var. Onlarla birgə müşahidə aparılıb”.
Şamaxı şəhər İcra hakimiyyətindən bildiriblər ki, hazırda sürüşmə ərazilərinə baxış keçirilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin arayışı götürülüb və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub”.