10 Avqust 2014 21:52
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Ponza adasında dünyada ilk dəfə olaraq su altında fotosərgi açılıb.

Bu qeyri-adi sərgidə məşhur portret fotoqrafı Salvo Galanonun çəkdiyi fotoşəkillər nümayiş olunur.

Dəniz sahilində istirahətə gələn turistlərin böyük marağına səbəb olan sərgidəki fotolar suyun üç metr dərinliyində yerləşir. Fotoqraf Asiyaya səfəri zamanı qarşılaşdığı maraqlı simaları öz sərgisinin əsas mövzusuna çevirib.

Sərgi sentyabrın 14-dək davam edəcək.

Salvo Galanonun bundan əvvəl Milanda, Nyu-Yorkda və Amsterdamda da sərgiləri təşkil olunub./anspress/


Müəllif:

Oxşar xəbərlər