Aprelin 15-də işğal altında olan Qarabağda postda əsgər yoldaşı tərəfindən güllələnən Alek Karapetyan “dqr prezidenti” Bako Saakyan tərəfindən "igidliyə görə" ordeni ilə mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, Ermənistanın Hərbi Prokurorluğu Karapetyanın xidmət yoldaşı tərəfindən güllələnərək öldürüldüyünü bəyan edib. Karapetyanı güllələyən əsgər saxlanılıb.
Bako Saakyan isə Karapetyanın “Artsaxın müdafiəsində göstərdiyi igidliyə görə" və “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edib.
Bu təltif erməni ictimaiyyəti tərəfindən ironiya ilə qarşılanıb.