“Azərbaycanda baş mühasib, peşəkar mühasib həmişə problem olub. Peşəkar mühasiblər isə olduqca azdır. Biz bu qanunu Azərbaycanda tətbiq etməklə, milli mühasibat uçotunu standartlara uyğunlaşdırmaqla mühasiblərə daha ciddi tələblər irəli sürürük. Mən bilmək istərdim ki, Azərbaycanda mühasibat vəziyyəti nə yerdədir? Doğurdanmı, bizdə yaxşı mühasiblər var? Mən inanmıram”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib:
“Ola bilər ki, onlarda işləyən mühasiblər bu standartlara uyğun deyil. Onlar imtahan verməlidirlər. Haradasa imtahandan keçməlidirlər. Bu qanun layihəsi bizim sahibkarlar üçün problemlər yarada bilər”./Modern.az/