23 Aprel 2018 20:57
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonağı Yazıçılar Birliyinin üzvü, şair Elbrus Qayalı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov olub.

Şair Elbrus Qayalı bəzi müğənnilərin seçimini tənqid edib. O, son zamanlar ifa edilən mahnıların sözlərindən gileylənib:

“Bir çox mahnıların və ya şeirlərin sözləri lüzumsuz, bayağı olur. Müğənni 10-15 dəqiqə eyni sözləri təkrar edir. Bilmirəm hansı maraqdan onlar bu sözləri oxuyur.

Kütlə bayağı musiqini sevsə də, o musiqinin, o sözlərin də ömrü tez bitir”.

Elnur Zeynalov da musiqi zövqündən danışarkən bildirib:

“Sözləri, musiqisi zəif olan mahnılar bir qədər ritmik və ya romantik olur. İnsanların öz problemlərinə görə o mahnılar tez könlə yatır, sonra da tez unudur. Muğamı, klassik musiqiləri dinləyənlər çox azdır.

Dinləyici o səviyyədə deyil ki, ciddi, savadlı verlişlərə baxa bilib, ordan nəticə çıxarsın. Təhsil almaq, maariflənmək lazımdır. Elə məmurlar, imkanlı iş adamları da var ki, elə musiqi sifariş verir ki, tədbirə, toya getdiyinə adam peşman olur. Bu zövq məsələsidir”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Günay Əli

Oxşar xəbərlər