13 İyun 2018 09:57
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilİB. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com