19 İyun 2018 22:02
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramı günlərində bol kalorili yeməklər yedikdən sonra kökələcəyinizi düşünüb əhvalınızı pozmayın. Həmin kalorilərdən qısa müddətdə qurtula bilərsiz.

Teleqraf.com artıq çəkiyə səbəb olan piylənmədən azad olmağın yollarını təqdim edir:

3 fincan suya portağal və limon atıb qaynadın. Daha sonra cəfəri və darçıı əlavə edib 2 saat gözlədikdən sonra hazırlanmış çayı için.

1 çay qaşığı darçın, 1 xörək qaşığı rəndələnmiş zəncəfil, 1 ədəd limon, 1 çay qaşığı sirkə, cəfəri, 500 mq sudan istifadə etməklə bu qida tərkiblərini blendrdən keçirin və hər gün yatmazdan əvvəl için.

7 gün təzə meyvə-tərəvəzlə qidalanmaq da sizi artıq çəkidən xilas edə bilər.

125 qram yaban turpu, 3 ədəd limonu, 3 yemək qaşığı balı və çəyirdəkləri çıxarılmış limonu qarışdırın. Sonra 3 yemək qaşığı balı qarışığa əlavə edib hazırladığınız məhsulu ağzı qapalı halda soyuducuda saxlayın.

3 həftə ərzində gündə üç dəfə hazırladığınız qarışığı yeməlisiniz.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər