Yazıçı-publisist Səfər Alışarlının yeni kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, kitaba müəllifin müxtəlif vaxtlarda yazdığı hekayələr daxil edilib.
Mövzu rəngarəngliyilə seçilən bu hekayələrdə müəllifin həyata fərqli baxışı, reallığın təzahürlərinə özünəməxsus münasibəti aydın görünür. Dərin psixologizm, lakoniklik, predmetin mahiyyətinin parlaq metaforalarla ifadəsi və fraza ritminin bir an belə unudulmayan döyüntüsü S.Alışarlı nəsrinin önəmli cəhətlərindəndir.