Bakı şəhər prokurorluğunun 4 əməkdaşı yol verdikləri kobud pozuntulara görə intizam məsuliyyətinə cəlb olunub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda 2018-ci ilin birinci yarısının yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb olunmuş prokurorluq əməkdaşlarından biri tutduğu vəzifədən azad edilib.
Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.