Ermənistan ordusu 5-6 ədəd iriçaplı “YARS” əldə edib və bunun Azərbaycan Silahlı Qüvvələrini hədələməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hərbi ekspert Rəşad Süleymanov məlumat verib.
Ekspert Azərbaycan ordusunun arsenalında düşmənin ən güclü silahlarını məhv edəcək qədər sistemlərin olduğunu diqqətə çatdırıb:
“Bu gün Azərbaycan Ordusu düşmənin 82 mm minaatanından 300 mm “YARS”na və “OTRK” nə qədər artilleriya və raketlərinin atış yerini və düşəcəyi yeri aşkarlaya bilən müasir radiolokasiya vasitələrinə və passiv metodla aşkarlamağa imkan verən sistemlərə malikdir. Ötən il Avropanın inkişaf eləmiş dövlətlərindən birindən əldə olunmuş “RLS” düşmənin 100 km məsafədən artilleriya vasitəsinin yerini bir dəqiqədən az müddətdə yüksək dəqiqliklə aşkarlayıb koordinatları raket artilleriya qoşunlarına ötürür. Bu da düşmənin artilleriya batareyasını bir neçə dəqiqə ərzində məhv etmək imkanı verir”, - deyə ekspert bildirib.
Rəşad Süleymanov qeyd edib ki, ordumuzun 2016-cı ilin aprelində istifadə etdiyi sistemlərdə bu müddət 3 dəqiqə olub: “Azərbaycanın istifadəsinə daxil olan yeni sistemlər düşmənin maneələr tətbiq etdiyi mürəkkəb radiomühitdə fəaliyyət göstərə bilir və qarışdırılması çətindir”.