Görüntüləri yayılan Həbib Axundov Real TV-yə danışıb və son günlər barəsində danışılanlara aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə onun anası, millət vəkili Elmira Axundova özü Real TV-yə zənv vurub:
"Ondan qabaq deputatın özü bizə telefon açdı. Elmira Axundova oğlu ilə bağlı məsələlərdə adının hallandırılmasının əleyhinə olduğunu bildirdi.
Elmira xanıma süjetimizə operativ reaksiyasına görə təşəkkür edərək oğlu Həbibi dinlədik. Əvvəlcə görüntülərindən başladıq".
Məhkəmə ərəfəsində bu görüntülərin ortaya çıxmasını Həbib Axundov zərəçəkmiş kimi məhkəmədə müsahibə verən Fərman Məmmədovda görür.