Dünən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin dünyasını dəyişən günü idi. Bu gün bir dəstə qərənfillə onun məzarını ziyarət etdim.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkədə qeyd edib.
Deputat Lütfi Zadənin qəbirüstü abidəsini bəyəndiyini söyləyib: “Abidə alimə həm çox oxşadılıb, həm də onun xarakterini aça bilib. Ancaq bir məsələ məni kədərləndirdi. Qəbrin üstündə mənə qədər cəmi bir dəstə gül var idi. Hanı alimlərin, ziyalılarımızın, sadəcə lütvisevərlərin ona olan ehtiramının nümunəsi?”