Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan Mak Donaldsa getməyinə peşman olub.
Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı “roll”un kifləndiyini fərq edib. Qidanın şəkillərini çəkərək milli.az-a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib.
Məsələyə Mak Donaldsın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olan Anar Osmanov açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. “Mak Donalds bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlanıaraq müştərilərə təqdim edilir.
Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin “roll”arda belə kif deyilən bir şey aşkarlanmadı.
Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdirlər”, – Anar Osmanov deyib.