10 Sentyabr 2018 14:22
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib.

“ABAD” Marketinq, ictimaiyyətlə və beynəlxalq əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat eldə edəcəklər.

Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər.

“ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar.

Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb.

Təlimlər peşəkar “ABAD”çı zərgərlər tərəfindən keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər