Xəzər dənizində şirin suda yaşaya bilən canlı kəşf edilib.
Azərbaycan əsilli İran vətəndaşı olan tələbə İranda, Xəzərin cənubunda Aznav adlı bölgədə bəzi canlıları aşkarlayaraq Türkiyənin Ege Universitetinə gətirib.
Mikroskopik araşdırma əsnasında bir canlının digərlərindən fərqli xarakteristika xüsusiyyətləri olduğu müəyyən olunub. 1 santimetr uzunluğundakı bu canlıya "Gammarus komareki aznavensiz" adı verilib.
Elm adamları bu yeni canlının nə işə yaradığını hələ bilmədiklərini bildiriblər. Ancaq elmi işlərin davam etdiyini söyləyən mütəxəssislər yeni kəşfin faydasını 30-50 il sonra aydın olacağını söyləyiblər.
Bu canlının gələcəkdə bir çox xəstəliyə dərman ola biləcəyini düşünən alimlər araşdırmalarını davam etdirirlər.
/anspress/