15 Noyabr 2018 17:51
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni sözçü təyin olunub.

Məlumata görə, BŞİH başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Kərimov Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Mətbuatda mütəmadi olaraq çıxışlar edir.

Ailəlidir, iki övladı var./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər