17 Noyabr 2018 19:10
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu ASC-dən Teleqraf.com-a verilən məlumata görə, məhdudiyyətlət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

***

Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

Bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:

"Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər