Tovuz rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun avtomobil yollarında növbəti belə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib.
Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən və qəbul olunmuş qaydalara riayət etməyən yük avtomobillərinin sürücüləri saxlanılaraq barələrində inzibati tədbir görülüb.
Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.